Nardaran bağ massivində su kəsiləcək

28-29 may tarixlərində Bakının Nardaran bağ massivi ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq...

Bu barədə Poliqon-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, buna səbəb magistral su kəmərində təmir işlərinin aparılmasıdır.

Qurum bununla əlaqədar abonentlərdən üzr istəyir.

Poliqon.info