Türkiyənin vitse-prezidentindən Müstəqillik Günü təbriki: Birliyimiz, həmrəyliyimiz əbədi olsun

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib...

"Report" xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.

"Azərbaycanın 28 May - Müstəqillik Gününü təbrik edir, sevinci sevincimiz, kədəri kədərimiz olan azərbaycanlı qardaşlarımızın ruh yüksəkliyini ürəkdən bölüşürəm. Bu münasibətlə ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızı rəhmətlə yad edirəm. Birliyimiz, həmrəyliyimiz əbədi olsun".

Poliqon.info