Gürcüstanda bir neçə çay məcrasından çıxdı

Gürcüstanda pis hava şəraiti səbəbindən ölkənin şərqindəki Kaxeti bölgəsində problemlər yaranıb...

Güclü yağışlar nəticəsində bir neçə çay məcrasından çıxıb. Nəticədə elektrik xətləri və qaz boruları zədələnib, təsərrüfat sahələri su altında qalıb, yollar dağılıb.

Ən çox zərərçəkən bölgələr Telavi, Axmeta və Laqodexi olub.

Hazırda ərazidə ağır texnika vasitəsilə fəsadların aradan qaldırılması üzrə işlər aparılır.

Poliqon.info