Bakıda ev yanıb, bir nəfər xəstəxanaya müraciət edib - Yenilənib

Bakının Sabunçu rayonunda evdə yanğın olub...

Bakı şəhərinin Sabunçu qəsəbəsində ümuni sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bakının Sabunçu rayonunda evdə baş verən yanğında bir nəfər xəstəxanaya müraciət edib.

APA xəbər verir ki, həmin ünvanda kirayədə yaşayan Rəfiqə Musayevanın halı pisləşdiyindən xəstəxanaya aparılıb.

***

Poliqon xəbər verir ki, hadisə Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsində qeydə alınıb.

Əraziyə Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə briqadası cəlb edilib.

Yanğın məhdudlaşdırılıb.

Poliqon.info