ABŞ-da Çini Tayvanın dinc yolla ilhaqını istəməməkdə ittiham ediblər

Çinin Tayvan ərazisindəki təlimləri Pekinin “adanın dinc yolla birləşdirməkdə maraqlı olmadığını” nümayiş etdirdi...

Poliqon xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol bildirib.

Qeyd edək ki, Tayvanın yeni prezidenti kimi and içdikdən sonra Çin Tayvan ətrafında iki günlük “Birgə Qılınc 2024A” adlı kütləvi hərbi təlimə başlayıb. Pekin quru və raket qüvvələrinin daxil olduğu təlimlərin “separatçı qüvvələrə xəbərdarlıq olması” üçün lazım olduğunu vurğulayıb. Çin hərbi təlimlərdə ilk dəfə robot döyüş itlərindən istifadə edib.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol Çinin təlimlərini “qorxuducu” adlandırıb.

“Pekin Tayvanı sülh yolu ilə almaqda maraqlı olmadıqlarını nümayiş etdirərək 111 təyyarə və 46 gəmi göndərdi”, deyə Makkol qeyd edib.

Xatırladaq ki, Tayvan 1949-cu ildən bəri öz administrasiyası tərəfindən idarə olunur. Lakin ÇXR adanı özünün tərkib hissəsi hesab edir.

Poliqon.info