Britaniya Müdafiə Nazirliyində məlumat sızmaları 5 dəfə artıb

2018-ci ildən bəri Böyük Britaniyanın Müdafiə Nazirliyindən məlumat pozuntularının sayı təxminən beş dəfə artıb...

Poliqon xəbər verir ki, bu barədə "İnews"un dərc etdiyi statistik təhlildə deyilir.

Qeyd olunur ki, 2023-cü ildə Britaniyanın müdafiə departamentində 550 məlumat sızması halı qeydə alınıb, 5 il əvvəl isə 117 analoji epizod qeydə alınıb. 

Qəzet qeyd edib ki, işlərin əksəriyyəti məlumatın "icazəsiz açıqlanması" ilə bağlıdır. Kompüter avadanlıqlarının və ya kağız sənədlərin itirilməsi nəticəsində məlumatların sızması halları da müəyyən edilib.

Nəşr xatırladıb ki, 2023-cü ildə 260-dan çox departament əməkdaşının şəxsi məlumatları oğurlandıqdan sonra Britaniya İnformasiya Komissarlığının İdarəsi Krallığın Müdafiə Nazirliyini 350 min funt-sterlinq (445 min dollar) məbləğində cərimələyib. Statistikanı şərh edən müxalif Leyboristlər Partiyasından olan kölgə müdafiə naziri Con Hili Mühafizəkarlar hökumətini "kibertəhlükəsizliyə zəif yanaşmada" ittiham edib.

Poliqon.info