Zelenski ABŞ və Çin liderlərini sülh sammitinə çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski dünya liderlərini iyun ayında İsveçrədə keçirilməsi planlaşdırılan sülh sammitində iştirak etməyə çağırıb...

Yeniavaz.com xəbər verir ki, o bu barədə öz “Telegram” kanalında ingilis dilində yayımladığı videomüraciətdə danışıb.

“Hazırda sülh sammitinə hazırlaşmaq üçün qlobal səylərin kənarında olan dünya liderlərinə: ABŞ lideri, prezident Co Bayden, Çin lideri Si Cinpinə müraciət edirəm.  Zəhmət olmasa, şəxsi rəhbərliyiniz və iştirakınızla sülh sammitini dəstəkləyin”, - deyə Zelenski bildirib.Onun sözlərinə görə, Kiyev sammitdə 80-dən çox dövlətin iştirakını gözləyir.

Qeyd edək ki, İsveçrə hakimiyyəti iyunun 15-16-da Bürgenstok kurortunda Ukrayna ilə bağlı konfrans keçirməyi planlaşdırır.

Poliqon.info