Politoloq: Gürcüstanda inqilabı istisna etmirəm...

ABŞ dövlət katibi deyib ki, ABŞ və Avropa İttifaqı xarici agentlər haqqında qanun layihəsinə görə Gürcüstana qarşı tədbir görür...

Məhəmməd Əsədullazadə: “Qərblə Gürcüstanın arasında xarici gizli agentlər haqqında qanunla bağlı yaranan siyasi böhtan əlbəttə ki, Gürcüstan dövləti üçün arzulanan deyil”.

“Gürcüstan hökuməti də geri çəkilmir və Gürcüstan hökümətinin əsas hədəfi Qərblə əlaqələri aşağı səviyyəyə endirmək, öz hakimiyyətini qoruyub saxlamaq, seçkilərdə qalib gəlməkdir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə ABŞ dövlət katibinin Gürcüstan haqqında dediklərini Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ dövlət katibi Entoni Blinkenin deyib ki, ABŞ və Avropa İttifaqı xarici agentlər haqqında qanun layihəsinə görə Gürcüstana qarşı tədbir görür. Görünən odur ki, Qərb Tiflisi sözü gedən qanuna görə cəzalandırmaq istəyir.

Bəs, Qərb-Gürcüstan qarşıdurmasında hansı tərəf daha çox ziyan görəcək?

Qərb-Gürcüstan qarşıdurmasını Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazdə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Proseslər Gürcüstanda siyasi böhrana gətirib çıxaracaq”.

Tbilisidə Gürcüstan-Qərb qarşıdurmasının yeni mərhələyə keçdiyini düşünən politoloq bildirib, Gürcüstan dövləti və xalqı xeyli zərbə alacaq:

“Qərblə Gürcüstanın arasında xarici gizli agentlər haqqında qanunla bağlı yaranan siyasi böhtan əlbəttə ki, Gürcüstan dövləti üçün arzulanan deyil. Xüsusilə, ABŞ dövlət katibinin Gürcüstana qarşı tətbiq etdiyi viza tətbiqi, həmçinin digər sanksiyanın qərarları da ola bilər ki, bu da Gürcüstana lazım deyil. Buna görə də bu qəralar iki tərəfli münasibətlərə mənfi təsir edəcək.

İyirmi illik ABŞ-Gürcüstan strateji tərəfdaşlığı demək olar ki, fiaskoya uğraya bilər. Gürcüstan hökuməti də geri çəkilmir və Gürcüstan hökümətinin əsas hədəfi Qərblə əlaqələri aşağı səviyyəyə endirmək, öz hakimiyyətini qoruyub saxlamaq, seçkilərdə qalib gəlməkdir. Bir sözlə Salome Zurabişvili konkret olaraq özü müstəqil siyasət həyata keçirmək çalışır və bu istiqamətdə də hələ ki, Qərbin təlimatlarını etmək istəmir.

Bildiyimiz kimi uzun müddətdir Qərb Gürcüstana həm siyasi, həm də iqtisadi sərmayələr qoyub. Buna görə də Qərb də geri çəkilmək istəmir. Göründüyü kimi Tbilisidə Gürcüstan-Qərb qarşıdurması yeni mərhələyə keçib. Hesab edirəm ki, Gürcüstan dövləti və xalqı xeyli zərbə alacaq. Xüsusilə Avropa İttifaqı Gürcüstanla üzvlük statsunu ləğv edə bilər. Avropa və ABŞ Gürcüstanda oktyabrda baş tutacaq parlament seçkilərini gözləyir. Əgər seçkilərdə Gürcü Arzusu partiyası qələbə çalarsa və bu qanunu da qüvvədə saxlayarsa, Gürcüstan-Qərb əlaqələri tamamilə aşağı səviyyəyə enəcək.

Məhəmməd Əsədullazadə: “Gürcüstan hökümətinin Rusiya ilə əlaqələrə önəm verəcək”.

Hesab edirəm ki, qarşıdakı günlərdə Gürcüstana sanksiyalar tətbiq ediləcək. Mən Gürcüstanda inqilabı istisna etmirəm. Qərb Gürcüstanda qeyri-hökumət və ictimaiyyət nümayəndələrinə çox ciddi maliyyə ayırır, onları təlimatlandırır. Beləlilə də, Qərb kütləvi etirazlarla Gürcüstan hökumətinə təzyiqlər etməyə çalışır. Amma kütləvi etirazlara baxmayaraq hələ də Gürcüstan hökuməti öz dayanıqlığını qoruyur.

Düşünürəm ki, proseslər Gürcüstanda siyasi böhrana gətirib çıxaracaq. İndi Vaşinqton və Brüsselin tətbiq etdiyi sanksiyalar Gürcüstan hökumətini Qərbdən uzaqlaşdırmağa xidmət edir. Bu proseslər də Qərbin Cənubi Qafqazda geosiyasi mövqelərinə ciddi zərbə vuracaq.

Hesab edirəm ki, Gürcüstan hökümətinin Rusiya ilə əlaqələrə önəm verəcək. Həmçinin Gürcüstan regional siyasəti də inkişaf etdirmək istəyir. Qanunun qəbulu onu göstərir ki, Gürcüstan höküməti sadəcə olaraq öz hakimiyyətini qorumaq və müəyyən qanunlar qəbul etməklə demokratiyanı aşağı salmağa çalışırlar”.

Nərminə UMUDLU Poliqon.info