Şəmkir su anbarında bir nəfər batıb

Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini, 1987-ci il təvəllüdlü Zabit Paşa oğlu Baxşəliyev Şəmkir su anbarında batıb...

Bu barədə Poliqon-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Onun Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində balıq ovuna çıxdığı ehtimal olunur.

Hazırda Z.Baxşəliyevin axtarışları aparılır.

Poliqon.info