Mbappe Madriddə 18 milyon avroya malikanə alıb

Fransalı hücumçu Kilian Mbappe Madriddə La Moraleja ərazisində 18 milyon avroya mülk alıb...

Poliqon xəbər verir ki, bu barədə “La Razon” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, alqı-satqı müqaviləsi mayın 22-də bağlanıb. Futbolçu “Sevilya”nın müdafiəçisi Serxio Ramosun villası və amerikalı aktyor Riçard Qirinin malikanəsinin yanında ev alıb.

Qeyd edək ki, mayın 10-da Mbappe 2023/24 mövsümü başa çatdıqdan sonra Fransa klubundan ayrılacağını rəsmən açıqlayıb. Müqaviləsi 2024-cü il iyunun 30-da başa çatdığı üçün forvard azad agent kimi PSJ-dən ayrılır.

Poliqon.info