Bayden Ukrayna ilə bağlı sülh konfransında iştirak etməyəcək

ABŞ prezidenti Co Bayden başqa planlarına görə Ukrayna ilə bağlı sülh konfransında iştirak etməyəcək...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentiliyi məlumat yayıb. Agentıik qeyd edir ki, Co Bayden seçki kampaniyası üçün vəsait toplamaq tədbirilərində iştirak etmək məcburiyətinə görə Ukrayna üzrə sülh konfransında iştirak edə bilməyəcək.

“Bayden çox güman ki, gələn ay Ukrayna sammitini buraxacaq, çünki bu, onun seçki kampaniyası proqramı ilə ziddiyyət təşkil edir. O, Corc Kluni, Culiya Roberts və digər ulduzlarla birlikdə Kaliforniyada keçirilən ianə aksiyasına qatılacaq”, deyə nəşr yazır.

Bloomberg qeyd edir ki, Bayden noyabr seçkiləri ərəfəsində ABŞ-ın keçmiş prezidenti Donald Trampın əsas ştatlarda keçirilən sorğularda liderliyini üstələməyə çalışaraq “təşviqat rejimində daha fəal iştirak etməyə qərar verib.

Xatırladaq ki, mayın 2-də İsveçrə Xarici İşlər Nazirliyi Ukrayna üzrə sülh konfransının tarixini və yerini təsdiqləyib. Konfrans iyunun 15-dən 16-dək Bürqenştok şəhərində baş tutacaq.

Poliqon.info