ABŞ 1 milyard dollara iki yeni raket freqatı inşa edəcək

ABŞ 2030-cu ilə qədər iki raket freqatının hazırlanması və yaradılması üçün Amerikanın "Marinette Marine" şirkəti ilə dəyəri bir milyard dollardan çox olan müqavilə imzalayıb...

Poliqon xəbər verir ki, bu barədə Pentaqondan bildirilib.

Pentaqonun açıqlamasında bildirilir ki, Viskonsin ştatında yerləşən "Marinette Marine Corp." təfərrüatlı dizayn variantlarının öyrənilməsi və iki idarə olunan raket freqatının, FFG 66 və FFG 67-nin tikintisi üçün müqaviləyə 1,044 milyard dollar dəyərində dəyişiklik edilib.

Söhbət idarə olunan raket silahlarına malik çoxməqsədli freqatlar olan "Constellation" sinifli gəmilərdən gedir.

İşlərin 2030-cu ilin aprel ayına qədər başa çatdırılması və Viskonsin, Nyu-York, Corciya, Pensilvaniya, Şimali Karolina və digər ştatlar da daxil olmaqla bir neçə ştatda yerinə yetiriləcəyi gözlənilir.

Bundan əvvəl, mayın 10-da ABŞ Müdafiə Nazirliyi silah istehsalı üçün bir sıra müqavilələr elan edib, onlardan biri yüksək dəqiqlikli GMLRS raketi istehsal edəcək "Lockheed Martin" korporasiyası ilə 332,1 milyon dollardan çox qiymətə bağlanıb. Bildirilib ki, müqavilənin podratçısı Alabama ştatının Ordu Müqavilə Komandanlığıdır.

Mayın 8-də Pentaqon "Lockheed Martin" korporasiyası ilə HIMARS çoxlu buraxılış raket sistemlərinin (MLRS) istehsalı üçün müqavilə bağlandığını elan edib. Müqavilənin ümumi məbləği 861,3 milyon dollardan çoxdur.

Bundan əvvəl, mayın 2-də Pentaqonun mətbuat xidməti B-2 gizli strateji bombardmançı təyyarələrinin modernləşdirilməsi üçün "Northrop Grumman Corporation" ilə 7 milyard dollar məbləğində müqavilənin bağlandığını açıqlamışdı. Qeyd olunur ki, müqavilə bombardmançı təyyarələr üçün komponentlərin maddi-texniki təchizatına da dəstək göstərir.

Poliqon.info