Argentina prezidenti İspaniyanın baş nazirini yalançı və qorxaq adlandırıb

Miley Sançesi zorakılıqda və Argentinanın siyasətinə müdaxilədə ittiham edib...

Argentina prezidenti Xavyer Miley İspaniya hökumətinin başçısı Pedro Sançesi “səriştəsiz yalançı və qorxaq” adlandırıb. Bu, Argentina liderinin daha əvvəl verdiyi bəyanatlara görə İspaniyanın Buenos-Ayresdəki səfirini geri çağırmasından sonra baş verir.

Poliqon xəbər verir ki, Miley bu barədə LN+ telekanalına müsahibəsində danışıb.

“Sançes səriştəsiz adamdır, o, öz nazirlərini mənə qarşı qoyub, Argentinanın siyasətinə qarışıb”, deyə Miley vurğulayıb.

Qeyd edək ki, Miley beynəlxalq ifrat sağçı təşkilatların liderlərinin Madriddə keçirilən sammitində Sançesin həyat yoldaşı Beqonya Qomezin korrupsiya və nüfuz ticarəti ilə məşğul olduğunu bildirmişdi və bundan sonra İspaniya Buanes-Ayresdəki səfirini geri çağırmışdı.

Poliqon.info