Meksikada mitinqdə səhnənin uçması nəticəsində 9 nəfər ölüb

Meksikanın Nuevo-Leon ştatında prezidentliyə namizəd Xorxe Mainesin kampaniyasının mitinqi zamanı səhnə uçub...

Poliqon xarici mətbuata əsasən xəəbər verir ki, bu barədə ştat qubernatoru Samuel Qarsiya X sosial şəbəkəsində bildirib. Qubernator yazıb ki, hadisə nəticəsində 9 nəfər ölüb, ən azı 50 nəfər yaralanıb.

Qeyd edilir ki, mitinqin sonunda Xorxe Maines səhnədə olub. Bu zaman güclü külək səhnənin arxasını uçurub. Sosial şəbəkələrdə yayılan videolarda afişanın dinamiklərin üzərindən uçaraq tamaşaçıların üzərinə düşdüyü metal konstruksiya əks olunub.

“La Jornada” nəşrinin məlumatına görə, Xorxe Maines seçki kampaniyası fəaliyyətini faciə səbəbiylə müvəqqəti dayandırdığını elan edib.

Poliqon.info