Birinci Qarabağ müharibəsinin şəhidi ilə Sumqayıtda vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsində şəhid olmuş, 30 ildən sonra nəşinin qalıqları tapılan Elməddin Şirxan oğlu Abbasovla vida mərasimi keçirilir...

Oxu.Az xəbər verir ki, şəhidin nəşinin qalıqları bu gün ailəsinə təhvil verilib.

Qeyd edək ki, vida mərasimindən sonra şəhid Elməddin Şirxan oğlu Abbasov Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Poliqon.info