Səfir: İsrail Fələstini tanıyan ölkələri unutmayacaq və bağışlamayacaq...

Yəhudilər və yəhudi dövləti Fələstini tanıyan ölkələri unutmayacaq və bağışlamayacaq...

Poliqon xəvər verir ki, bunu İsrailin Almaniyadakı səfiri Ron Prosor bildirib.

"Bu ölkələr terrorçulara arxa durur. Növbəti qırğın zamanı onların əllərində günahsız insanların qanı olacaq. Biz bunu unutmayacağıq və bu dövlətləri bağışlamayacağıq", deyə Prosor bildirib.

Qeyd edək ki, mayın 22-də Norveç, İrlandiya və İspaniya Fələstini tanımaq qərarını açıqlayıb. Əvvəlcə onlar Yaxın Şərqdəki münaqişə həll olunmayana qədər bunu etmək niyyətində deyildilər, lakin sonra qərara gəliblər ki, bu, sülh müqaviləsinin imzalanmasını yaxınlaşdırmağa kömək edəcək. İsrail buna cavab olaraq bu ölkələrdən səfirlərini geri çağırıb. HƏMAS beynəlxalq səviyyədə tanınmasını alqışlasa da, israillilər buna baxmayaraq mübarizəni davam etdirəcəklərini vəd edirlər.

Bu arada, "The Jerusalem Post" qəzeti yazıb ki, İsrailin Hərbi Nazirlər Kabineti 2023-cü il oktyabrın 7-də HƏMAS-ın götürdüyü girovların İsrail həbsxanalarında olan fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı danışıqlara qayıtmağı əmr edib.

Nəşr ölkənin baş nazirinin ofisinə istinadən iddia edir ki, İsrailin danışıqlar qrupuna əsir götürülmüş israillilərin azad edilməsinə nail olmaq üçün radikal hərəkatla danışıqları davam etdirmək tapşırılıb.

Bundan əvvəl isə CNN xəbər vermişdi ki, Misir kəşfiyyatı rəsmiləri Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında atəşkəs və münaqişələrin həlli ilə bağlı imzalanmış müqavilənin şərtlərini gizli şəkildə dəyişib və bu, iki tərəf arasında razılaşmanın pozulmasına səbəb olub.

Poliqon.info