Kadırov Moskvada Bəhreyn kralı ilə görüşüb

Ramzan Kadırov Moskvada Bəhreyn kralı Əl-Xəlifə ilə görüşdüyünü bildirib...

Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvada Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə və vəliəhd şahzadə Nasir bin Həməd bin İsa Əl Xəlifə ilə görüşüb.

Poliqon xəbər verir ki, bu barədə Çeçenistan lideri özünün Telegram kanalında məlumat verib. Postda görüşdən görüntülər də yer alıb.

Kadırov bildirib ki, böyük məmnuniyyətlə Bəhreyn kralı və oğlunu Çeçenistana səfərə dəvət edib. Monarx da öz növbəsində Çeçenistan rəhbərini Bəhreynə çağırıb.

Kadırovun yazdığına görə, Bəhreyn kralı görüşdə çeçen xalqına böyük hörmət bəslədiyini, krallıq və respublikanın bir dinlə bağlı olduğunu bildirib. Əl Xəlifə həmçinin Rusiyadakı müsəlmanları dəstəkləmək üçün göstərdiyi səylərə görə Kadırova böyük təşəkkürünü bildirib.

“Biz qarşılıqlı fəaliyyətimizin və qardaşlığımızın möhkəmlənməsinə fəal şəkildə kömək etməyə davam etməyə razılaşdıq”, deyə Kadırov qeyd edib.

Dünən Ramzan Kadırov Moskvada həmçinin Rusiya prezidenti Vladimir Putinlə də görüşüb və onu Çeçenistan Respublikasına səfərə dəvət edib.

Poliqon.info