Zelenski: İdarə olunan bombalar Rusiyanın əsas güc alətidir...

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Ukraynada Rusiyanın idarə olunan bombalarına qarşı mübarizə vasitələri yoxdur...

Poliqon xəbər verir ki, Ukrayna prezidenti bu barədə çərşənbə günü Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, Baş Qərargah rəisi və hökumət üzvləri ilə keçirilən xüsusi iclasdan sonra bildirib. Zelenskinin sözlərinə görə, bu, rusların cəbhəni yarması üçün əsas vasitəyə çevrilib. Ukrayna prezidenti qeyd edib ki, ölkəsinin idarə olunan bombalara qarşı vasitələrə ehtiyacı var.

Zelenski qeyd edib ki, son iclasda elektron döyüş sistemləri, pilotsuz uçuş aparatları, raketlər və silahların yerli istehsalı məsələləri və idarə olunan bombalar müzakirə olunub.

“Əgər biz elektron müharibə, pilotsuz təyyarələr və raket proqramı ilə bağlı yaxşı tendensiyalar görsək, o zaman Rusiya bombalarına qarşı mübarizə üçün hələ çox iş görülməlidir”, deyə Zelenski videomüraciətində bildirib.

“Bu gün detallar müzakirə olundu. Alternativ ola bilməz: Ukraynaya mövqelərimizi, şəhərlərimizi və icmalarımızı bu bombalardan müdafiə etməyə imkan verəcək sistemlər və taktika lazımdır. Bu, əslində Rusiya terrorunun və işğalçının irəliləməsinin əsas alətidir”, deyə Zelenski müraciətində qeyd edib.

Poliqon.info