Fransa nüvə başlığı daşıya bilən raketi sınaqdan keçirib

Fransa nüvə başlığı daşıya bilən raketin ilk sınaq buraxılışını həyata keçirib...

Poliqon xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyen Lekornu “Network X” telekanalına bildirib.

Lekornu qeyd edib ki, ASMPA-R raketi nüvə hava hücumunu simulyasiya edən uçuşun sonunda milli ərazi üzərində təlim zamanı “Rafale” qırıcı təyyarəsindən döyüş başlığı olmadan buraxılıb.

Nazir ayrıca bildirib ki, təlim çoxdan planlaşdırılıb, amma Rusiyanın Ukrayna ilə həmsərhəd olan və Moskva tərəfindən ilhaq edilmiş ərazilərinin bir hissəsini əhatə edən Cənub Hərbi Dairəsində taktiki nüvə silahları ilə təlimlərə başlayacağını elan etməsindən bir gün sonra həyata keçirilib.

Qeyd edək ki, Fransa həm hava, həm də sualtı nüvə qüvvələrinə malikdir. Lekornu qeyd edib ki, təlimin məqsədi nüvə müharibəsinin qarşısının alınması üçün aviasiya komponentinin imkanlarını nümayiş etdirməkdir.

AFP yazır ki, yaxın illərdə Fransa hərbi büdcəsinin 13%-ni nüvə qüvvələrinə, o cümlədən havadan buraxılan aviadaşıyıcıların modernləşdirilməsinə xərcləməyi planlaşdırır.

Poliqon.info