Heyli prezident seçkilərində Trampa səs verəcəyini bildirib

BMT-dəki keçmiş daimi nümayəndənin sözlərinə görə, o, keçmiş rəqibi Trampıa bir çox cəhətdən razı deyil, lakin ona görə Bayden fəlakətdir...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, Respublikaçılar Partiyasının prezidentliyə namizədliyi uğrunda mübarizəyə qatılan ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli mayın 22-də çərşənbə günü bildirib ki, noyabrda Donald Trampa səs verəcək.

Heylinin sözlərinə görə, kampaniyanın bu mərhələsində bir neçə ay rəqabət apardığı partiya üzvü onun üçün vacib olan siyasi məsələlərdə ideal deyil, lakin Ağ Evin indiki sakini fəlakəti təcəssüm etdirir.

“Ona görə də mən Trampa səs verəcəyəm”, deyə Cənubi Karolinanın keçmiş qubernatoru Vaşinqtondakı Hudson İnstitutunda çıxışı zamanı bildirib.

Heyli prezidentlik yarışını tərk etdikdən sonra da onu dəstəkləməyə davam edən tərəfdarlarına təşəkkür edib. O, həmçinin keçmiş prezidenti onlarla əlaqə saxlamağa çağırıb.

Poliqon.info