İsrail İrlandiya və Norveçdəki səfirlərini geri çağırıb

Norveç Fələstini müstəqil dövlət kimi tanıyıb və qərar mayın 28-də rəsmi olaraq qüvvəyə minəcək...    

Bu barədə Norveç hökumətinin saytında yerləşdirilən bəyanatda bildirilib.

"Norveç hökuməti Norveçin Fələstini dövlət kimi tanıdığı barədə qərar qəbul edib", - deyə sənəddə qeyd edilib.

Həmçinin İrlandiya da Fələstini müstəqil dövlət olaraq tanıyıb və bununla bağlı ölkənin baş naziri məlumat verib.

Eyni zamanda İspaniya Norveç və İrlandiyanın ardınca Fələstini müstəqil dövlət kimi tanıdığını rəsmən elan edib. Qeyd edilib ki, qərar mayın 28-də qüvvəyə minəcək.

Beləliklə, Aİ-yə üzv olan 27 ölkədən 11-i Fələstinin dövlətçiliyini tanıyıb. Bolqarıstan, Kipr, Çexiya, Macarıstan, Malta, Polşa, Rumıniya və Slovakiya Fələstini hələ 1988-ci ildə Avropa Birliyinə qoşulmazdan əvvəl dövlət olaraq tanıyıblar.

***

Üç Avropa ölkəsi Fələstini müstəqil dövlət kimi tanıdığını elan etmək niyyətindədir.

Bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat verib.

Məlumata görə, İrlandiya, İspaniya və Norveç hökumətləri mayın 22-də Fələstin ərazilərinin müstəqil dövlət kimi tanındığını elan edəcək.(oxu.az)

Poliqon.info