Britaniya Belarusdan alüminiumun alınmasına qadağa qoyub

Böyük Britaniya hökuməti Belarus alüminiumunu ölkəyə idxalı qadağan edilən mallar siyahısına əlavə edib...

Poliqon xəbər verir ki, bu barədə “Global Sanctions” hüquq portalı yazır.

“Belarusdan alüminium və əlaqəli xidmətlərin idxalını məhdudlaşdırılır”, deyə portalın məlumatında bildirilir.

Londonun yeni sanksiyaları Belarusdan alüminium tədarükü üçün maliyyə və broker xidmətlərinə də şamil edilir.

Poliqon.info