Rusiya kəşfiyyatı: ABŞ Fikoya sui-qəsd cəhdinin təhqiqatına qarışmağa çalışır...

ABŞ dövlət qurumları Avropada siyasi terrorizm mövzusunun təbliğatını və bu hücumda mümkün “xarici izi” istisna etmək üçün Slovakiyanın baş naziri Robert Fikoya sui-qəsd cəhdinin təhqiqatına qoşulmağa çalışır...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat yayıb.

“Terror aktı ilə bağlı istintaq davam edir. Bu baxımdan diqqətəlayiqdir ki, ABŞ və onun avropalı müttəfiqləri israrla Slovakiyada “demokratiya səviyyəsinin aşağı düşməsindən” narazı olan “tək cinayətkar” rəvayətini irəli sürməyə çalışırlar”, deyə bəyanatda deyilir.

Rusiya Xarici Kəşfiyyat Xidmətinə görə, Amerikanın dövlət qurumları istintaqı “düzgün istiqamətə” yönəltmək üçün artıq istintaqa qoşulmağa çalışır. Məqsəd “Avropada siyasi terrorizm” mövzusunun təbliğini və üstəlik, terror aktında mümkün “xarici izi” istisna etməkdir.

Qeyd edək ki, Fikoya sui-qəsd mayın 15-də baş verib. Baş nazir kabinetin iclasından sonra küçədə tərəfdarları ilə görüşüb və bu zaman 71 yaşlı yazıçı Yuray Çintula tapança ilə siyasətçiyə 5 dəfə atəş açıb. Baş nazir döş, bud və mədə nahiyəsindən yaralanıb və helikopterlə Bratislavadakı xəstəxanaya aparılıb.

Çintula müxalif “Mütərəqqi Slovakiya” partiyasının tərəfdarıdır və Fikonu yürütdüyü siyasətə görə dəfələrlə tənqid edib.

Poliqon.info