Norveç Fələstin dövlətini tanıdı

Norveç Fələstin Dövlətinin müstəqilliyini tanıyıb. Qərar mayın 28-də rəsmi olaraq qüvvəyə minəcək...

Poliqon xəbər verir ki, bu barədə Norveç hökumətinin saytında yerləşdirilən bəyanatda deyilir.

"Norveç hökuməti Norveçin Fələstini dövlət kimi tanıması barədə qərar qəbul edib", deyə sənəddə qeyd edilir.

Açıqlamada həmçinin bildirilir ki, bir sıra digər Avropa ölkələri də Fələstini mayın 22-də rəsmən tanıyacaq.

Norveç hesab edir ki, Fələstinin dövlət kimi tanınması Yaxın Şərqdə, bu ölkə ilə İsrail arasında münaqişənin həllinə kömək edəcək.

Qeyd olunur ki, 2011-ci ildən Fələstinin Norveçdə öz konsulluğu fəaliyyət göstərir və diplomatik əlaqələr qurulub. Norveç də may ayında Fələstinin BMT-yə üzvlüyünə səs verib.

Mayın əvvəlində Avropa diplomatiyasının rəhbəri Cozep Borrell təsdiqlədi ki, İspaniya, İrlandiya və bir sıra digər Aİ ölkələri mayın 21-də Fələstini tanımaq niyyətindədirlər. Daha sonra "Politico" mənbələrə istinadən xəbər verib ki, İspaniya, İrlandiya və başqa bir neçə ölkə mayın 22-də Fələstini tanıyan bəyanat yaymaq niyyətindədir.

Poliqon.info