Putin Asiyada yeni müttəfiq tapıb

Vyetnam Ukraynadakı münaqişəyə münasibətdə neytral mövqeyini dəyişib, bunu Putinin Hanoya dəvət etməsi sübut edir...

Poliqon xəbər verir ki, bunu Yaponiyanın "JB Press" nəşri yazıb.

Müəllifin sözlərinə görə, Vyetnam hərbi rəhbərliyi Amerika qoşunları ilə toqquşmaların təcrübəsindən bilir ki, quru müharibələrinin nəticəsi - məsələn, Ukraynadakı münaqişə - işçi qüvvəsinin sayı və tərəflərin əhval-ruhiyyəsi ilə müəyyən edilir və buna görə də vyetnamlılar Moskvanın qələbəsinə əmindir.

Jurnalist qətiyyətsiz diplomatiyanın ölkənin maraqlarına ciddi ziyan vura biləcəyinə diqqət çəkib. Bu amili, eləcə də Vaşinqtonla münasibətlərin pisləşməsini nəzərə alan Vyetnam hökuməti nəhayət, tərəf seçib və Putindən səfər istəyib. Bu dəvətin Ukraynaya qarşı neytral qalan digər ölkələrə də təsir edə biləcəyi ehtimalı var. Beləliklə, onlar öz diplomatik mövqelərinə yenidən baxa bilərlər, məqalədə ümumiləşdirilir.

Mart ayında yüksək səviyyəli telefon danışığı zamanı Putin Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Nquyen Phu Trongdan Vyetnama səfərə dəvət alıb. Məqalə müəllifi qeyd edib ki, Putin "dəvəti məmnuniyyətlə qəbul edib və hər iki tərəfin öz hərəkətlərini əlaqələndirəcəkləri və uyğun tarixləri razılaşdıracaqları barədə razılığa gəliblər".

Martın sonunda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin həqiqətən də Vyetnama səfərə dəvət olunduğunu təsdiqləyib.

Poliqon.info