Vatikan Çinlə münasibətləri normallaşdırmaq istəyir...

Müqəddəs Taxt-Tac ilə Çin Xalq Respublikası arasında münasibətlər tarixən gərgin olaraq qalır...
“Vatikan Çində daimi nümayəndəlik açmaq istəyir”.

Poliqon xəbər verir ki, bunu Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin bildirib. Kardinal qeyd edib ki, bu Pekinlə diplomatik münasibətlərdə böyük irəliləyiş olardı.

“Biz çoxdan ümid edirdik ki, Çində daimi mövcudluğumuz ola bilər, Vatikan bunun üçün yeni diplomatik düsturlar nəzərdən keçirir”, deyə Reuters Agentliyi kardinaldan sitat gətirib.

Agentlik qeyd edir ki, Vatikan və kommunist Çin arasında münasibətlər tarixən gərgin olub. Bununla belə, Papa Fransisk onların normallaşdırılmasını prioritetlərindən biri edib.

Pekin isə öz növbəsində ardıcıl olaraq dinin “sinsizləşdirilməsi” siyasətini davam etdirir, xarici təsirləri aradan qaldırmağa və istənilən inancın Kommunist Partiyasına tabe olmasına nail olmağa çalışır. Müxtəlif hesablamalara görə, Çində 10-12 milyon arasında katolik var.

Poliqon.info