Bu gün İrlandiya Fələstin dövlətini tanıya bilər...

Mayın 22-də İrlandiya hökuməti Fələstin dövlətini tanıdığını elan etməyi planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə məsələdən xəbərdar olan mənbə Reuters Agentliyinə bildirib. Nəşr qeyd edir ki, İsrail bu addımın qəti əleyhinədir.

Qey edilir ki, İrlandiya rəsmiləri hələlik heç bir rəsmi açıqlama verməyib. Bununla belə, mayın 21-i axşam İrlandiyanın baş naziri və ölkənin xarici işlər nazirinin çərşənbə günü mətbuata müraciət edəcəyi açıqlanıb. Bəyanatın mövzusu açıqlanmayıb.

İsrail Xarici İşlər Nazirliyi İrlandiya səlahiyyətlilərini bu addıma qarşı xəbərdar edib və bildirib ki, tanınma terrorizmin artmasına, regionda qeyri-sabitliyə gətirib çıxaracaq və sülh üçün istənilən perspektivləri təhlükə altına salacaq.

Qeyd edək ki, 1988-ci ildən bəri BMT-yə üzv olan 193 ölkədən 139-u Fələstin dövlətini tanıyıb. İsrailin hücumu nəticəsində Qəzza zolağında ölənlərin sayının artması fonunda İrlandiya bu ölkələrə qoşulmağa hazırlaşır.

Mayın 15-də İsrailin baş naziri iki dövlət yaratmaq ideyasını yenidən rədd edib. Netanyahu 7 oktyabr hücumundan sonra Fələstinin müstəqilliyinin terrorçular üçün ən böyük mükafat olacağını bildirib.

Poliqon.info