Pentaqon: Rusiya orbitə peyk əleyhinə aparat buraxıb...

Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, Rusiya Yerin aşağı orbitinə peyk əleyhinə kosmik qurğu çıxarıb...

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyinin məlumatında bildirilir. Patrik Rayderin sözlərinə görə, bu, mayın 16-da baş verib. Rayder əlavə edib ki, Amerika hökumətinin peyki də eyni orbitdədir.

“Biz mayın 16-da Rusiyanın aşağı Yer orbitinə peyk çıxardığını izlədik. Bu peyk, ehtimal ki, Yerin aşağı orbitində olan digər peyklərə hücum edə biləcəyi güman edilən peyk əleyhinə silahdır”, deyə Pentaqonun sözçüsü bildirib.

Patrik Rayder əlavə edib ki, Pentaqon vəziyyətə nəzarəti davam etdirir. Rayder vəziyyəti müzakirə etmək üçün Amerika tərəfinin Rusiya tərəfi ilə əlaqə saxlayıb-yaratmadığını bilmir.

Qeyd edək ki, bir gün əvvəl, mayın 21-də BMT Təhlükəsizlik Şurası kosmosa silahların yerləşdirilməməsi ilə bağlı Rusiyanın təklif etdiyi qətnamə layihəsini rədd edib. Çin və Rusiya, eləcə də daha 5 ölkə qətnamənin lehinə səs verib. Yeddi ölkə buna qarşı çıxıb. İsveçrə səsvermədə bitərəf qalıb.

Poliqon.info