Konqresmenlərin Pentaqondan xahişi: Ukraynaya icazə verin...

Konqresmenlər Pentaqondan Ukrayna ordusuna ABŞ silahları ilə Rusiyaya hücum etməyə icazə verməsini xahiş ediblər...

Poliqon xəbər verir ki, 13 amerikalı konqresmendən ibarət qrup Pentaqonun rəhbəri Lloyd Ostinə müraciət edib. Onlar öz məktublarında Pentaqon şefindən Ukraynanın Rusiya ərazisinə Amerika silahları ilə hücumlar etməsinə icazə verməyə çağırıblar. Konqresmenlər hesab edirlər ki, Ukrayna Silahlı Qüvvələrinin cəbhədə vəziyyətinin pisləşməsi belə bir zərurətə səbəb olub.

Məktub müəllifləri iddia edirlər ki, ABŞ prezidenti Co Bayden Ukrayna hərbi rəhbərliyinə istənilən əməliyyat keçirməyə icazə verməlidir. Konqresmenlər həmçinin F-16 qırıcılarını idarə etmək üçün daha çox ukraynalı pilota təlim keçməyə və Ukraynaya daha çox yardım göstərməyə çağırıblar. Məktub müəllifləri hesab edirlər ki, sonuncular cəbhədəki vəziyyəti yaxşılaşdırmaq üçün kifayət deyil. Məktubu yeddi demokrat və altı respublikaçı imzalayıb.

Poliqon.info