Bakıda bəzi ərazilərin elektrik enerjisi ilə təchizatında fasilələr olacaq

"Azərişıq" ASC-nin elektrik enerjisi təchizatı sxeminin yüksək standartlara cavab verməsi üçün Bakının bir sıra ərazilərində həyata keçirəcəyi təmir və təftiş işləri ilə əlaqədar paytaxtda planlı fasilələr yaranacaq...

Poliqon-un məlumatına görə, bu barədə səhmdar cəmiyyətinin abunəçilərinə müraciətində bildirilir.

"Fasilələr müddətində kabel xətlərinin sınağı, mühafizə və avtomatika dövrələrinin yoxlanılması, transformator məntəqələrində torpaqlanma qurğularının yoxlanılması və başqa bu kimi profilaktik işlərin görülməsi nəzərdə tutulur. Bu barədə məlumatları "Azerishiq.az" saytında "Planlı fasilələr" bölməsində ətraflı şəkildə əldə etmək olar.

2024-cü ildə elektrik enerjisinin dayanıqlığının yüksəldilməsi, istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təmin olunması Cəmiyyətin qarşısına qoyduğu ən vacib məsələlərdəndir. Belə ki, yenidənqurma tədbirləri nəticəsində paytaxtda məskunlaşmanın sıx olduğu ərazilərdə təhlükəsizlik tədbirləri və getdikcə artan tələbat nəzərə alınaraq bir sıra işlər görülməkdədir", - deyə müraciətdə qeyd olunub.

Poliqon.info