Politoloq: Prezidentin verdiyi mesajlarda tək söz deyil, əməl dayanır...

Prezident İlham Əliyevin “Xudafərin” hidroqovşağında verdiyi mesajlar ünvana çatdı?..

Politoloq: “Prezident İlham Əliyevin Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının açılışında söylədiyi fikirlər təbii ki, ünvana çatdı”.

“Dörd ilə yaxın müddət idi ki, İranla Azərbaycan arasında münasibətlər soyuq məcrada davam edirdi. Hətta bəzi gərginliklər də yaşanmışdı. Amma liderlər səviyyədə ortaya qoyulan mövqe onu göstərdi ki, tərəflər artıq bu soyuqluğu aradan qaldırmaqla həm regionun, həm də ikili münasibətlərin inkişafını qarşılıqlı faydalı əməkdaşlıq ilə davam etdirəcəklər”.

Bu sözləri politoloq Samir Hümbətov Prezidentin “Xudafərin” hidroqovşağında səsləndirdiyi fikirləri Poliqon-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyevin Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı qonşu və qeyri-region dövlətlərinə, o cümlədın Ermənistana bir sıra mesajlar verib.

Mövzunu Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Düşünürəm ki, qeyri-region dövlətlərinin İranda olan gərginlikdən istifadə edərək bəzi prosesləri pozmaq cəhdlərinin qarşısı alınacaq”.

Əlaqələrin inkişaf etdirilməsini həm Azərbaycan, həm də İran baxımından çox önəmli hesab edən politoloq Polqon-a açıqlamasında qeyd edib ki, bu əlaqələr eləcə də, regionun təhlükəsizliyi baxımından önəmlidir:

“Prezident İlham Əliyevin Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının açılışında söylədiyi fikirlər təbii ki, ünvana çatdı. Bildiyimiz kimi, dörd ilə yaxın müddət idi ki, İranla Azərbaycan arasında münasibətlər soyuq məcrada davam edirdi. Hətta bəzi gərginliklər də yaşanmışdı. Amma liderlər səviyyədə ortaya qoyulan mövqe onu göstərdi ki, tərəflər artıq bu soyuqluğu aradan qaldırmaqla həm regionun, həm də ikili münasibətlərin inkişafını qarşılıqlı faydalı əməkdaşlıq ilə davam etdirəcəklər. Hesab edirəm ki, bu əlaqələrin inkişaf etdirilməsi həm Azərbaycan, həm də İran baxımından çox önəmlidir. Bu əlaqələr eləcə də, regionun təhlükəsizliyi baxımından önəmlidir.

Prezidentin verdiyi mesajlarda tək söz deyil, əməl dayanır. Əməl ondan ibarətdir ki, bundan sonra tərəflər regiona qeyri-region dövlətlərin təsir imkanlarını minimuma endirilməsi və bundan sonrakı fəaliyyətdə koordinasiyalı hərəkət etməyin hansı yolla mümkün olacağını da həyata keçirəcəklər. Düşünürəm ki, qeyri-region dövlətlərinin İranda olan gərginlikdən istifadə edərək bəzi prosesləri pozmaq cəhdlərinin qarşısı alınacaq.

Hesab edirəm ki, bunun hər biri gələcək üçün bir prespektivdir və bu gələcəkdə regionumuzun gələcəyi üçün faydalı olmaqla yanaşı həm də iqtisadi blokadada olan İran üçün də faydalı olacaq. Eyni zamanda regiona sülh təhlükəsizlik gələcək. Bu həm də iqtisadi imkanları formalaşması, iqtisadi əlaqələrin dərinləşməsinə, regionun iqtisadi vəziyyətinin normallaşmasına təsir edəcək”.

Nərminə UMUDLU Poliqon.info