Türkiyənin vitse-prezidenti və XİN başçısı İrana səfər edəcək

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və xarici işlər naziri Hakan Fidan mayın 22-də İrana səfər edəcək...

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, onlar 19 mayda baş vermiş helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian üçün keçiriləcək mərasimdə iştirak edəcəklər.

Poliqon.info