Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Sinqapur Hava Yollarına məxsus təyyarədə xəsarət alanların sayı artıb...

APA AFP-yə istinadən xəbər verir ki, hava boşluğuna (türbülans) düşən təyyaraədə 70-dən çox insan yaralanıb.

Onlardan altısının vəziyyəti ağır qiymətləndirilir.

***

Sinqapur Hava Yollarına məxsus təyyarə güclü hava boşluğuna (türbülans) düşüb, ölən və xəsarət alanlar var.

APA BBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində Londondan Sinqapura uçan təyyarədə bir sərnişin ölüb, 30-dan çox sərnişin yaralanıb.

Bildirilib ki, Sinqapura uçan Boeing 777-300ER Banqkoka yönləndirilib və yerli saatla 15:45-də eniş edib.

Aviaşirkətdən verilən məlumata görə, təyyarədə ümumilikdə 211 sərnişin və 18 ekipaj üzvü olub.

Poliqon.info