Peter Syyarto: Avropa və ABŞ-ın Ukrayna strategiyası iflasa uğrayıb...

Macarıstanın xarici işlər naziri qeyd edib ki, Rusiya əleyhinə sanksiyalar Avropa iqtisadiyyatına mənfi təsir edib...

Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyyarto Avropa və ABŞ-ın Ukraynadakı vəziyyəti həll etmək strategiyasını tənqid edib.

Poliqon xəbər verir ki, Peter Siyyarto bu barədə Tokiodakı “Sasakava” Sülh Fondundakı çıxışında bildirib. Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri ABŞ və Avropanın Ukrayna strategiyanı səmərəsiz və kifayət qədər uğurlu hesab etmədiyini açıqlayıb.

Tokiodakı “Sasakava” Sülh Fondundakı çıxışında Siyyarto qeyd edib ki, Qərb ölkələrinin Ukraynadakı münaqişənin həllinə yönəlmiş strategiya tamamilə iflasa uğrayıb. O, qeyd edib ki, onun səsləndirdiyi fikir Avropadakı liberal cərəyana ziddir, lakin qlobal çoxluğun fikirlərini əks etdirir.

Siyyarto xatırladıb ki, ilk sanksiyalar paketi müzakirə edilərkən məqsəd Rusiya iqtisadiyyatına ziyan vurmaq və münaqişənin sülh yolu ilə həllini yaxınlaşdırmaq olub. Onun fikrincə, qarşıya qoyulan məqsədlərdən birinə də nail olunmayıb.

Nazir qeyd edib ki, sanksiyalar Avropa iqtisadiyyatında öz izini qoyub və Rusiyanın enerji resurslarından imtina etdiyini bəyan edən bəzi Qərbi Avropa ölkələri onları dolayı yolla əldə edirlər. Nümunə olaraq Siyyarto Hindistandan neft tədarükünü göstərib.

Macar nazir həmçinin Rusiyaya qarşı mövcud siyasətin effektivliyinə şübhə etdiyini bildirib və qeyd edib ki, hazırda 14-cü sanksiyalar paketi nəzərdən keçirilir.

“Siz 13 dəfə nəyisə bacarmadınız və 14-cü dəfə bunu etməyə çalışırsınız”, deyə Siyyarto vurğulayıb.

Həmçinin Siyyarto bildirib ki, Ukrayna üçün ən yaxşı perspektiv Rusiya ilə Qərb arasında bufer zonaya çevrilməsi olardı. O, vurğulayıb ki, Kiyev bu variantla razılaşmasa, dövlətçiliyini itirəcək.

Poliqon.info