ABŞ Ukraynaya Rusiya aktivləri hesabına kredit verməyə hazırdır

Vaşinqton Avropa İttifaqından kreditin qaytarılacağına dair öhdəlik gözləyir...

ABŞ Avropa İiitifaqından kreditin qaytarılacağına dair öhdəlik alarsa, Ukraynaya Rusiyanın dondurulmuş aktivləri ilə dəstəklənən kredit verməyə hazırdır.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi mənbələrə istinadən məlumat yayıb.

Nəşrin mənbələri bildiriblər ki, Vaşinqton ən azı bir neçə G7 ölkəsinin də Ukraynaya kömək üçün kredit ayıracağına ümid edir.

“Lakin Vaşinqton Avropa İttifaqından aktivlərin dondurulmuş qalacağı və kreditin qaytarılacağı ilə bağlı lazımi öhdəlik alsa, bütün krediti öz üzərinə götürməyə hazırdır”, deyə Agentlik yazır.

Qeyd edək ki, bundan əvvəl FT qəzeti yazıb ki, Birləşmiş Ştatlar G7-nin Kiyevə Rusiyanın dondurulmuş aktivlərindən gələcək gəlir şəklində təminatlı kredit verməsində israr edir. Üstəlik, Vaşinqton hesab edir ki, bunu Ukraynanın maliyyələşdirilməsinə qarşı çıxan Donald Trampın Ağ Evə mümkün qayıdışından əvvəl etmək lazımdır.

Poliqon.info