Almaniyanın xarici işlər naziri Kiyevə gəlib

Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevə səfər edib...

Poliqon xəbər verir ki, bu barədə DPA Agentliyi məlumat yayıb. Agentlik yazır ki, diplomatın Ukraynaya səfəri “təhlükəsizlik səbəbindən” əvvəllər elan edilməyib.

Bu müharibə başlayandan sonra Annalena Berbokun Ukraynaya beşinci səfəridir.

Qeyd edək ki, daha əvvəl Almaniya Müdafiə Nazirliyi bəyan etmişdi ki, 12 ölkə Almaniyanın Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək təşəbbüsünü dəstəkləməyi planlaşdırır. Bu plana Danimarka, Belçika, Hollandiya, Norveç və Kanada maliyyə yardımı göstərəcək.

Həmçinin ötən həftə Almaniya Müdafiə Nazirliyi Ukraynaya kömək üçün hökumətdən daha 3,8 milyard avro istəyib. Əlavə vəsaitin ayrılması ilə bağlı müraciət iyunda parlamentə təqdim oluna bilər.

Poliqon.info