Nuland: ABŞ Ukraynaya Rusiya ərazisinə uzaqmənzilli silahlarla zərbə endirməsinə icazə vermələdir...

ABŞ dövlət katibinin keçmiş müavini Viktoriya Nuland Ağ Evi Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə uzaqmənzilli silahlarla zərbələr endirməyə icazə verməyə çağırıb...

Poliqon xəbər verir ki, bu barədə The Hill qəzeti yazıb.

"Həmçinin sual var ki, ABŞ və müttəfiqlərimiz Ukraynaya Rusiya bazalarına zərbələr endirməkdə daha çox yardım göstərməlidirlər? Biz indiyə qədər niyə bunu etmək istəmədik?", deyə Nuland bildirib.

O, həmçinin Rusiyanın Xarkov yaxınlığında irəliləməsinə işarə edib və qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri bu cür zərbələrin köməyi ilə bunun qarşısını ala bilər.

Poliqon.info