Vaşinqton Tehranın Rəisinin ölümündə ABŞ-ı günahlandıracağından qorxur...

Birləşmiş Ştatlar administrasiyası ehtiyat edir ki, İran rəsmiləri ABŞ və ya İsraili İslam Respublikasının prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğramasında əli olmaqda ittiham edə bilər...

Poliqon xəbər verir ki, bu barədə bazar ertəsi Politico qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin fikrincə, Vaşinqton Tehranın reaksiyasını diqqətlə izləyir, regional status-kvonun saxlanmasına ümid edir və eyni zamanda hipotetik ittihamların İsraillə münasibətlərdə gərginliyin artmasına səbəb ola biləcəyindən ehtiyat edir. Amerika hakimiyyətinə görə, yaxın gələcəkdə İran siyasətində dəyişikliklərin baş verməsi ehtimalı azdır.

Politico yazır ki, mayın 19-da ABŞ rəsmiləri axtarış-xilasetmə əməliyyatını həyəcanla izləyib, qəzanın Yaxın Şərqdəki vəziyyəti necə dəyişə biləcəyi barədə saatlarla müzakirələr aparıblar. Nəşrin həmsöhbəti bildirib ki, bir müddət üçüncü dünya müharibəsi həqiqətən belə başlaya bilərmi, sualı da ortaya çıxıb.

Poliqon.info