Borrell BCM prokurorunun Netanyahunun həbsi ilə bağlı qərarını şərh edib

Avropa diplomatiyasının rəhbəri Cosep Borrell Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru Kərim Xanın İsrailin baş naziri Binyamin Netanyahunun həbsinə order verilməsini tələb edən qərarını şərh edib...

Poliqon xəbər verir ki, Avropa diplomatiyasınn rəhbəri bu barədə sosial şəbəkədə yazlb. Lakin Borrel Kərim Xanın verdiyi qərarı burbaşa şərh edtməyib.

“Müstəqil beynəlxalq qurum kimi BCM-nin mandatı beynəlxalq hüquqa uyğun olaraq ən ağır cinayətləri təqib etməkdir”, deyə Borrell sosial şəbəkədə yazıb.

Qeyd edək ki, ayın 20-də cənab Xan bəyan etdi ki, o, Benyamin Netanyahu, İsrailin müdafiə naziri Yoav Qalant, eləcə də HƏMAS-ın üç lideri üçün həbs orderlərinin verilməsi tələbi ilə BCM-nin İbtidai Palatasına bəyanat göndərəcək.

Artıq bir neçə ölkə bu qərara qarşı çıxıb. Belə ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Conson Netanyahunun həbsi üçün order veriləcəyi təqdirdə BCM-yə qarşı sanksiyaların tətbiq ediləcəyini bildiirib. ABŞ prezidenti Co Bayden Xanın qərarını qəbuledilməz adlandırıb.

Poliqon.info