Bakıda itkin düşən qadın və kişi tapılıblar

Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 15-də Qaradağ rayonu ərazisində itkin düşmüş 2003-cü il təvəllüdlü qadın, mayın 16-da isə Yasamal rayonu ərazisində itkin düşmüş 1975-ci il təvəllüdlü kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Poliqon.info