Sabunçuda evdə üç qadına xəsarət yetirilib: Saxlanılan var

Mayın 17-də Sabunçu qəsəbəsində evlərdən birində 2006-cı il, 2005-ci il və 1963-cü il təvəllüdlü üç qadına kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub...

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Elnur Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info