İbrahim Rəisinin ölümü Xameneyinin oğlunun mövqelərini gücləndirib

Bir çox iranlıların və kənar müşahidəçilərin fikrincə Rəisinin ölümü Xamneyinin oğlu Müctəba Xameneyinin atasının yerinə keçməsi üçün şanslarını artırıb...

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti yazır.

Nəşr qeyd edir ki, Rəisi İran inqilabçı elitasının daha gənc versiyasını təmsil edir. Bu nəsil elita daha az bacarıqlı, lakin daha çox qeyrətlidir. Lakin bu mühafizəkar siyasətçilər Xamneyinin sükan başında görmək istədiyi adamlardır.

Vaşinqtonda yerləşən Demokratiyaları Müdafiə Fondunun baş əməkdaşı Behnam Ben Taleblu isə Politico-ya deyib ki, Rəisinin ölümü Ali liderin varisi üçün seçim prosesini daraldır və potensial namizədlərdən biri Xamneyinin öz oğludur.

Poliqon.info