Türkiyənin hakim partiyası tarixinin ən böyük kadr dəyişikliyinə hazırlaşır...

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) yerli seçkilərdə uduzduqdan sonra tarixinin ən böyük kadr dəyişikliyinə hazırlaşır...

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin "Ekonomim" qəzeti mənbələrə istinadən yazıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-də keçirilən seçkilərdən sonra hökumətin keçmiş yerli hakimiyyət seçkilərinin nəticələrindən dərs alacağını bildirib. Bu seçkilərdə Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası 20 ildən sonra ilk dəfə hakim Ədalət və İnkişaf Partiyasına qalib gəlib. Böyük şəhərlərin - Ankara, İstanbul və İzmirin müxalif bələdiyyə sədrləri öz postlarını saxlayıblar. Ekspertlər hakim komandanın uğursuzluğunun səbəbi kimi ölkədəki ağır iqtisadi vəziyyəti göstəriblər.

"İqtidarda olduğu 23 il ərzində yeddi ümumi, dörd yerli seçki, üç prezident seçkisi və üç referendumda qalib gələn AKP 31 martda keçirilən yerli seçkilərdə səslərin ciddi şəkildə azalmasından sonra həm kadr, həm də siyasətdə tarixinin ən böyük dəyişikliklərinə hazırlaşır. AKP üzvləri qeyd edirlər ki, seçicilər təkcə partiya kadrlarında və partiya siyasətində deyil, həm də hökumətin siyasətində və kadrlarında dəyişikliklərə ehtiyac olduğunu bildiriblər Nazirlər Kabinetinin üzvlərinin payıza planlaşdırılan növbəti iclasından sonra partiyada real dəyişikliklərin olacağına inanılır", deyə nəşr yazıb.

Poliqon.info