Nuland: NATO-nun Ukraynadakı təlim bazaları Rusiya ordusunun hədəfinə çevriləcək...

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə keçmiş müavini Viktoriya Nuland xəbərdarlıq edib ki, NATO-nun Ukrayna ərazisindəki təlim bazaları Rusiya Silahlı Qüvvələrinin hədəfinə çevriləcək...

Poliqon xəbər verir ki, bu barədə ABC News telekanalı məlumat yayıb.

Telekanal xəbər verir ki, Nuland NATO-nun Ukraynadakı bazalarının “Vladimir Putinin hədəfinə” çevriləcəyindən ehtiyat etdiyini bildirib.

“Bu, NATO-nun birbaşa döyüş meydanında olması deməkdir ki, sizin də dediyiniz kimi, qarşı tərəfdə müharibədə gərginliyi artırmaq üçün səbəb ola bilər”, deyə Nuland telekanala bildirib.

Sabiq ABŞ rəsmisi həmçinin qeyd edib ki, Ukrayna vətəndaşlarının üçüncü ölkələrdə hərbi təlim keçmək üçün ölkəni tərk etməsi çətinləşib.

Qeyd edək ki, Estoniyanın baş naziri Kaja Kallas NATO təlimatçılarının Ukrayna ərazisində hərbi təlim keçməsisinin münaqişənin genişlənməsinə səbəb olmayacağını bildirib. Estoniyanın baş naziri qeyd edib ki, bəzi Qərb ölkələri artıq Ukraynaya hərbi təlimatçılarını göndəriblər.

Poliqon.info