İran prezidentinin ölümü fonunda qızılın qiyməti rekord səviyyəyə qalxıb

Qızılın qiyməti İran prezidentinin ölümü və Yaxın Şərqdə geosiyasi gərginliyin artması fonunda bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi çəlumat yayıb.

Agentliyin xəbərinə görə, bu sabah qızılın qiyməti 1,4% artaraq bir unsiya üçün 2,450,07 dollara çatıb və apreldə qeydə alınan əvvəlki rekordu üstələyib.

Qeyd edilir ki, aprel ayında inflyasiyanın gözləniləndən daha çox düşməsindən sonra ABŞ dolları ucuzlaşıb və bu da qiyməti dollarla ifadə olunan qiymətli metala dəstək verib.

Lakin mayın 19-da İran prezidenti İbrahim Rəisini daşıyan helikopter qatı dumanda qəzaya uğrayanda qiymətli metalın vəziyyəti diqqət mərkəzinə düşüb. Bu xəbər regionda geosiyasi risklərin artması hissini gücləndirib.

Poliqon.info