Ukrayna ABŞ-dan Qərb silahları ilə Rusiyanı vurmaq üçün icazə tələb edir

Ukrayna səfiri Markarova ABŞ-dan Rusiyaya qarşı Qərb silahlarından istifadə etmək hüququnu tələb edib...

Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova Vaşinqtonu Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə zərbələr endirmək üçün Qərbin verdiyi uzunmənzilli artilleriya sistemlərindən istifadə etməyə icazə verməyə çağırıb.

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

“Biz ərazimizdən kənarda rus qoşunlarına zərbə vurmaq hüququ olmadan özümüzü müdafiə edirik. Əldə etdiyimiz Qərb silahları ilə bağlı məhdudiyyətlər var”, deyə Markarova bildirib.

Səfir həmçinin ABŞ-ı Kiyevə təsdiq edilmiş yardımın çatdırılmasını sürətləndirməyə çağırıb. Eyni zamanda, o, dəstəyinə görə Vaşinqtona təşəkkür edib və qeyd edib ki, Ukraynanın dəstəyədaha çox ehtiyacı var və sözün əsl mənasında bəzi cəsarətli qərarlar qəbul etməyin vaxtı çatıb.

Poliqon.info