Çin üç Amerika şirkətinə qarşı sanksiya tətbiq edib

Çin Tayvana silah tədarük etdiyinə görə üç ABŞ şirkətinə qarşı sanksiya tətbiq edib...

Poliqon xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, məhdudiyyətlər “General Atomics Aeronautical Systems”, “General Dynamics Land Systems”, eləcə də “Boeing Defence, Space & Security” şirkətlərinə tətbiq edilir.

Bu şirkətlərin Çinə məhsul idxalı və ixracı, eləcə də ölkə iqtisadiyyatına investisiya yatırması qadağan edilib. Şirkətlərin top menecerlərinin ölkəyə girişi və yaşayış icazəsi alması qadağan da edilib.

Poliqon.info