Finlandiya Rusiya ilə sərhədi qismən aça bilər

Finlandiya hökuməti qaçqınlara sığınacaq verilməsi üçün tədbirləri sərtləşdirən “geri qaytarma” qanunu qəbul edərsə, Rusiya ilə sərhədi qismən açacaq...

Poliqon xəbər verir ki, bunu Finlandiyanın baş naziri Petteri Orpo “Yle” nəşrinə müsahibəsində deyib. Baş nazirin sözlərinə görə, hakimiyyət vəziyyəti normallaşdırmaq istəyir, lakin Rusiyadan da çox şey asılıdır.

“Qanun qəbul ediləndən sonra sərhədi diqqətlə açmağa çalışacağıq”, deyə Orpo bildirib.

Finlandiya hökümət başçısının fikrincə, yazın əvvəlindən sərhəddə qeyri-qanuni keçidlər artmayıb, lakin Rusiyadan minlərlə insan Finlandiya ərazisinə keçmək cəhd edir.

“Əgər sərhədin hər iki tərəfində əməkdaşlıq qurularsa, bu, keçid məntəqələrini açmağa imkan verəcək”, deyə baş nazir qeyd edib.

Poliqon.info