Sallivan İsrail hökuməti ilə danışıqlar aparıb...

Ceyk Sallivan İsrail hakimiyyətini Qəzza əhalisinə dəyən ziyanı minimuma endirməyə çağırıb...

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İsrailə səfəri zamanı baş nazir Benyamin Netanyahu da daxil olmaqla hökumət üzvləri ilə Qəzza zolağında hərbi əməliyyatlar və anklavın mülki əhalisinə dəyən zərərin minimuma endirilməsi ilə bağlı danışıqlar aparıb.

Poliqon xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə mayın 19-da Ceyk Sallivan Benyamin Netanyahu, İsrail prezidenti İshaq Hersoq, Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi və strateji planlaşdırma naziri Ron Dermer ilə görüşüb.

“İsraildə Sallivan İsrailin Qəzzada apardığı hərbi əməliyyatlar barədə məlumatlandırılıb və tərəflər HƏMAS-ı məhv etmək və mülki şəxslərə dəyən zərəri minimuma endirmək üsullarını müzakirə ediblər. Sallivan prezidentin Rəfahla bağlı uzunmüddətli mövqeyini bir daha təkrarlayıb”, deyə Ağ Evin bəyanatında deyilir.

Görüş zamanı Ceyk Sallivan müxtəlif keçid məntəqələri vasitəsilə Qəzza zolağına gedən humanitar yardımın artırılması üçün konkret tədbirlər təklif edib. Amerika prezidentinin müşaviri İsrail hakimiyyətini Misirin Rəfahla sərhədinin tam təhlükəsizliyini təmin etmək üçün apardığı danışıqlar barədə məlumatlandırıb.

“Sallivan İsrailin hərbi əməliyyatlarını HƏMAS-ın yekun məğlubiyyətini, bütün girovların azad edilməsini və Qəzzanın daha yaxşı gələcəyini təmin edə biləcək siyasi strategiya ilə əlaqələndirməsinin zəruriliyini bir daha təkrarlayıb”, deyə Ağ Evin bəyanatında vurğulanır.

Poliqon.info