Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd xilasedicilərin İran prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopterini aşkar edərkən heç bir həyat əlaməti aşkar etmədiyini deyib...

Poliqon xəbər verir ki, bu barədə “Tasnim” Agentliyi məlumat yayıb.

“Qəzaya uğrayan helikopterin yeri aşkar edildikdə, helikopter sərnişinlərinin canlı olmasına dair heç bir əlamət tapılmadı”, deyə Pir Hüseyn Kolivənd bildirib.

Reuters Agentliyi də İran rəsmisinə istinadən xəbər yayıb ki ki, helikopter tamamilə yanıb.

Qeyd edək ki, dumanlı havada qəzaya uğrayan helikopterin sərnişinləri arasında İran prezideti İbrahim Rəisi və Xarici İşlər naziri Əmir Abullahiyan da olub.

Poliqon.info